Problemlər McLaren və Honda-nı daha da yaxınlaşdırıb

McLaren Honda komandasının idman direktoru Erik Bulye bildirib ki, 2015-ci ildə komandanın yaşadığı problemlər McLaren və Hondanı daha da bir-birinə yaxınlaşdırıb...

F-1.az xəbər verir ki, Erik Bulye deyib ki, keçən il Xeresdə keçirilən mövsümöncəsi testlərin ilk günündə anlayıb ki, onları qarşıda problemlərlə dolu bir mövsüm gözləyir: “Həmin vaxt çoxlu iclaslar təşkil etdik və mühərriklə bağlı proqramı yenidən müzakirə etdik. Xeres testlərindən sonra, xüsusən də Barselonada bir-birimizlə daha sıx əlaqədə olduq.

Bu bənd əslində müqavilədə var idi, amma prosesin bu cür gedişatı bizi daha da yaxınlaşdırdı. Testlərdən sonrakı dövr bizim əməkdaşlıq üçün ikinci imtahan oldu.

Ondan sonra anladıq ki, biz bir yerdə işləməliyik və əlaqələrimiz daha da artdı.

Beləliklə iki şirkət arasında olan ortaqlıq daha da gücləndi. Həm texniki cəhətdən, həm də mühəndislik cəhətdən əla əməkdaşlıq oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*