F-1.az xatırladır ki, Pramac Ducati komandası 2022-ci ildə ən güclü peyk komandası idi. İtalyanlar Yohan Zarko və Xorxe Martinlə yığdığı xallarla Yamaha-nın baza komandasını qabaqlamışdılar.
Əslində Pramac yrı-yarıya baza komandası sayılır, çünki sürücüləri davamlı olaraq yeniliklər alırlar və bu yeniliklər razılıq alanda Ducati-nin baza komandası tərəfindən istifadə olunur.
Komandadakı ən böyük dəyişiklik isə rəhbərliyə Cino Borsoyun gətirilməsidir. O, Klaudio Kalabrezini əvəz edib.
Motosikletə gəldikdə isə qırmızı və ağ rənglər olduğu kimi qalıb. Prima ilə olan tərəfdaşlığa görə bənövşəyi rənglər də motosikletdə özünə yer tapıb. Buna görə də qırmızı, ağ və bənövşəyi rəng çalarını əmələ gətirir.
Komandanın sürücü heyəti olduğu kimi qalıb. Yohan Zarko və Xorxe Martin Pramac-ı uğurdan-uğura daşımalıdırıar.