Portuqaliya Qran Prisi bu il baş tutacaq?

Bu barədə Formula1 Komissiyasının iclasından sonra FİA rəsmi bəyanat yayıb. Federasiya təqvimdəki boş yerin Portuqaliyaya verilməsinin mümkünlüyünü bildirib.

F-1.az xəbər verir ki, bəyanatda son qərarın Portuqaliya Qran Prisinin promouterləri tərəfindən veriləcəyi bildirilib: “Təqvimdə 2 may tarixindəki yarışın harda baş tutacağının daha sonra məlum olacağı qeyd edilib. Formula1 həmin tarixdə yenidən Portimaoya qayıda bilər, lakin bu məsələ yarışın təşkilatçıları ilə razılaşdırılmalıdır.

Çətin keçən 2020-ci ildə koronavirusa rəğmən 17 yarış keçirməyə nail olduq. Bu il isə mövsüm tam şəkildə baş tutmalıdır. Belə dəyişkən mühitdə çevikliyə ehtiyac duyulur, FİA və Formula1 rəhbərliyi təqvimdəki bütün yarışların qrafikə uyğunlaşdırılması üçün yerli idarəetmə orqanlarından hökumətlərə qədər bütün səviyyələrdəki təşkilatlarla əməkdaşlığını davam etdirir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*