F-1.az xəbər verir ki, bu barədə portuqaliyalı F1 şərhçisi Joao Karlos Koşta özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Çin Qran Prisinin Portuqaliyada keçiriləcək yarışla əvəzlənməsi barədə qərar tezliklə veriləcək. Dekabrın 9-da Bolonyada keçiriləcək FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında təsdiq edilməli olan kiçik detallar çatışmır. Portuqaliyalı azarkeşlər, nə gözəl Milad hədiyyəsidir!”, – deyə Koşta sosial şəbəkədə sevincini öz izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, sonuncu dəfə Şanxayda F1 mərhələsi 2019-cu ildə baş tutub, 2023-cü ildə keçiriləcək yarış təqvimdə aprel ayında yer alıb.
Formula1 rəhbərliyi Çinin koronavirusla bağlı siyasətinə görə Çindəki yarışı ləğv etmək qərarına gəlib – Pekin sürücülər və komanda heyəti üçün onlardan biri yoluxduğu halda karantin tədbirlərini yumşaltmaq istəmir. Mövcud Çin qaydalarına əsasən, COViD-19 diaqnozu qoyulmuş hər kəs bir neçə həftə sərt təcrid olunmuş vəziyyətdə qalmalıdır.