F-1.az bildirir ki, sessiya Şumaxerin yerində fırlanması ilə başlayıb. Alman sürücü dünən hələ belə sürüşkən tras görmədiyini bildirmişdi. Daha sonra Rəykkönen və Norrisin də başına oxşar hadisə gəlib, lakin hər 3 halda maşınlara zərər dəyməyib.
Dünəndən fərqli olaraq, bu gün trasdan tam çıxmanın qadağan oldunduğu döngələrə 14-cü döngə də əlavə edilib və belə zonaların sayı 4-ə yüksəlib. Bu məşqlər ərzində 23 nəticə ləğv edilib.
26-cı dəqiqədə külək reklam lövhəsini uçurduğu üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Sonlara yaxın Mazepin çınqıllığa çıxıb, lakin maşını boksa çatdıra bilib.
Protokollara 1:18.489-lük nəticə ilə Maks Ferstappen başçılıq edib. Bizi 2 saat sonra gərgin poul mübarizəsi gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:18.489 | – | 21 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:18.725 | + 0:00.236 | 21 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.820 | + 0:00.331 | 19 |
4 | 11 | Serxio Peres | Red Bull | 1:18.840 | + 0:00.351 | 24 |
5 | 31 | Esteban Okon | Alpine | 1:18.860 | + 0:00.371 | 18 |
6 | 16 | Şarl Lekler | Ferrari | 1:19.001 | + 0:00.512 | 23 |
7 | 55 | Karlos Sayns | Ferrari | 1:19.050 | + 0:00.561 | 24 |
8 | 4 | Lando Norris | McLaren | 1:19.272 | + 0:00.783 | 18 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 1:19.374 | + 0:00.885 | 25 |
10 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:19.415 | + 0:00.926 | 25 |
11 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:19.485 | + 0:00.996 | 25 |
12 | 3 | Daniel Rikkardo | McLaren | 1:19.582 | + 0:01.093 | 19 |
13 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:19.588 | + 0:01.099 | 23 |
14 | 14 | Fernando Alonso | Alpine | 1:19.949 | + 0:01.460 | 20 |
15 | 47 | Mik Şumaxer | Haas | 1:20.033 | + 0:01.544 | 21 |
16 | 18 | Ləns Stroll | Aston Martin | 1:20.090 | + 0:01.601 | 17 |
17 | 63 | Corc Rassell | Williams | 1:20.127 | + 0:01.638 | 18 |
18 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:20.214 | + 0:01.725 | 21 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:20.681 | + 0:02.192 | 19 |
20 | 9 | Nikita Mazepin | Haas | 1:20.690 | + 0:02.201 | 20 |