F-1.az xatırladır ki, cümə günü baş tutan məşqlərdə Bottas və Həmilton, bugünkü məşqlərdə isə Ferstappen hamıdan sürətli olub.
Sıralama turu başlamazdan əvvəl Bottasın maşınında sensorlardan birini əvəzləmək lazım gəlib sə ötürmələr qutusu çıxarılıb, lakin mexaniklər işin öhdəsindən vaxtında gəliblər. Norrisin maşınında da problem yaranıb, lakin o da sıralanma turuna qədər hazır olub.
İlk Sessiyada McLaren sürücüləri Medium, qalan hamı isə Soft təkərlərlə mübarizəyə başlayıb. Hamı eyni anda trasa çıxıb və sıxlıq yaranıb. Təkərləri ideal temperatura gətirmək üçün ardıcıl dövrələrə ehtiyac olub.Alonso yerində fırlanıb, Peres isə çınqıllığa çıxsa da, geri qayıda bilib.
İkinci cəhdlərə McLaren sürücüləri də Soft təkərlərlə çıxıblar. Norris əla nəticə göstərib, Bottas onu minimal fərqlə üstələyərək protokollara başçılıq edib – 1.18.722. İlk 12 sürücünün nəticəsi arasında cəmi 1 saniyə fərq olub. Rikkardo uzun müddətdən sonra ilk dəfə birinci sessiyada mübarizəni dayandırıb. Ona Mazepin, Şumaxer, Latifi və Stroll qoşulub.
İkinci Sessiyada Norris, Qasli, Tsunoda, Okon, Fettel və Alonso istisna olmaqla, hamı sabah fərqli strategiya seçmək üçün Medium təkərlərlə trasa çıxıblar. Həmilton 1:17.968. İkinci cəhddə onun nəticəsini üstələyən olmayıb. Rəykkönen, Tsunoda, Alonso, Covinatsi və Rassell üçün sıralanma turu başa çatıb. Fettel son 16 yarışda ilk dəfə mübarizəni sona qədər davam etdirməyə haqq qazanıb.
Son Sessiyada hamı Soft təkərlə boksu tərk edib, Bottasın ilk cəhdi komanda yoldaşından minimal yaxşı olub – 1.18.348. Ferstappenin nəticəsi 4-cü döngədə trasdan çıxdığı üçün ləğv edilib və o, boksa qayıdıb. İkinci cəhdə Mercedes sürücüləri Medium təkərlərlə çıxıblar, lakin güclü külək nəticələrin yaxşılaşdırılmasına imkan verməyib.
Valtteri Bottas mövsümdə birinci, karyerasında isə 17-ci poulunu qazanıb. Red Bull sürücüləri ilk, Mercedes sürücüləri isə ikinci cərgəni tutublar. Sabah bizi Bakı vaxtı ilə 18:00-da mövsümün üçüncü yarışı gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1 | 1:18.722 | 8 | 2 | 1:18.458 | 7 | 1:18.348 | 8 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 3 | 1:18.857 | 9 | 1 | 1:17.968 | 7 | 1:18.355 | 8 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 11 | 1:19.485 | 6 | 5 | 1:18.650 | 8 | 1:18.746 | 6 |
4 | 11 | Serxio Peres | Red Bull | 6 | 1:19.337 | 6 | 8 | 1:18.845 | 9 | 1:18.890 | 7 |
5 | 55 | Karlos Sayns | Ferrari | 5 | 1:19.309 | 6 | 7 | 1:18.813 | 9 | 1:19.039 | 8 |
6 | 31 | Esteban Okon | Alpine | 4 | 1:19.092 | 8 | 4 | 1:18.586 | 3 | 1:19.042 | 6 |
7 | 4 | Lando Norris | McLaren | 2 | 1:18.794 | 10 | 3 | 1:18.481 | 7 | 1:19.116 | 7 |
8 | 16 | Şarl Lekler | Ferrari | 7 | 1:19.373 | 11 | 6 | 1:18.769 | 10 | 1:19.306 | 8 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | 10 | 1:19.464 | 10 | 10 | 1:19.052 | 8 | 1:19.475 | 8 |
10 | 5 | Sebastyan Fettel | Aston Martin | 8 | 1:19.403 | 10 | 9 | 1:18.970 | 6 | 1:19.659 | 6 |
11 | 63 | Corc Rassell | Williams | 15 | 1:19.797 | 8 | 11 | 1:19.109 | 7 | ||
12 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 9 | 1:19.410 | 9 | 12 | 1:19.216 | 10 | ||
13 | 14 | Fernando Alonso | Alpine | 12 | 1:19.728 | 6 | 13 | 1:19.456 | 6 | ||
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 12 | 1:19.684 | 9 | 14 | 1:19.463 | 8 | ||
15 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 14 | 1:19.748 | 10 | 15 | 1:19.812 | 9 | ||
16 | 3 | Daniel Rikkardo | McLaren | 16 | 1:19.839 | 11 | |||||
17 | 18 | Ləns Stroll | Aston Martin | 17 | 1:19.913 | 10 | |||||
18 | 6 | Nikolas Latifi | Williams | 18 | 1:20.285 | 9 | |||||
19 | 47 | Mik Şumaxer | Haas | 19 | 1:20.452 | 11 | |||||
20 | 9 | Nikita Mazepin | Haas | 20 | 1:20.912 | 11 |