F-1.az bildirir ki, sürücülər ilk sessiyada işlətmədikləri Medium təkərlərlə sessiyaya başlayıblar, lakin sonra yumşaq təkərlərə keçiblər. Hard tərkibləri burada istifadə etmək çox çətindir.
Ferstappen əyləc problrmlərindən şikayətlənib və boksa qayıdıb. Nasazlıq dəqiqələr ərzində aradan qaldırılıb və Maks yenidən proqramını davam etdirib. Rəykkönen də nasazlıqlara görə maşını mexaniklərə təhvil verib, lakin bu fasilə də az çəkib.
Bu dəfə də trasın hüdudları icazə verilməyən yerlərdə pozulduğu üçün xeyli nətciələr ləğv edilib. Bu dəfə Lyuis Həmilton hamıdan sürətli olub – 1:19.837. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.837 | – | 33 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:19.980 | + 0:00.143 | 26 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:20.181 | + 0:00.344 | 28 |
4 | 55 | Karlos Sayns | Ferrari | 1:20.197 | + 0:00.360 | 33 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:20.220 | + 0:00.383 | 31 |
6 | 31 | Esteban Okon | Alpine | 1:20.235 | + 0:00.398 | 31 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:20.360 | + 0:00.523 | 33 |
8 | 3 | Daniel Rikkardo | McLaren | 1:20.418 | + 0:00.581 | 30 |
9 | 18 | Ləns Stroll | Aston Martin | 1:20.427 | + 0:00.590 | 31 |
10 | 11 | Serxio Peres | Red Bull | 1:20.516 | + 0:00.679 | 28 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | 1:20.558 | + 0:00.721 | 34 |
12 | 4 | Lando Norris | McLaren | 1:20.757 | + 0:00.920 | 28 |
13 | 63 | Corc Rassell | Williams | 1:20.976 | + 0:01.139 | 32 |
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:21.053 | + 0:01.216 | 33 |
15 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:21.074 | + 0:01.237 | 32 |
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:21.225 | + 0:01.388 | 22 |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:21.238 | + 0:01.401 | 32 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:21.537 | + 0:01.700 | 29 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:21.855 | + 0:02.018 | 31 |
20 | 9 | Nikita Mazepin | Haas | 1:22.638 | + 0:02.801 | 28 |