F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, Portimaoda cümə və şənbə günlərində güclü yağış yağacağı, havanın temperaturunun +20 dərəcədən yuxarı olmayacağı gözlənilir. Yarışın baş tutacağı bazar gün isə hava quru, lakin buludlu olacaq, termometrlər +21 dərəcəyə qədər istiliyi göstərəcəklər.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.