Portuqaliya-2021: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları Portimaodakı yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, keçən yarışdakı nəticələri nəzər alan idarənin əməkdaşları Ferstappeni növbəti yarışın əsas favoriti hesab edir, baxmayaraq ki, Həmiltona da ona yaxın əmsal verilib. Peresin qələbə qazanacağına Bottasa nisbətən daha çox inanırlar, lakin hər iki sürücünün şansları komanda yoldaşlarından olduqca aşağı qiymətləndirilir…

Portuqaliya Qran Prisində qələbə
Maks Ferstappen 2.25
Lyuis Həmilton 2.37
Serxio Peres 9.00
Valtteri Bottas 10.00
Lando Norris, Şarl Lekler 34.00
Karlos Sayns 51.00
Daniel Rikkardo, Pyer Qasli 67.00

 

Çempionatda bir xal fərqlə lider olan Həmiltonun sonda titula yiyələnməsinə daha çox ehtimal verilir, lakin Maksın şansları da xeyli yüksək qiymətləndirilir. Digər sürücülərin çempionluq uğrunda mübarizəyə qoşulacaqları isə inandırıcı görünmür…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.73
Maks Ferstappen 2.10
Valtteri Bottas 34.00
Serxio Peres 51.00
Daniel Rikkardo, Şarl Lekler, Lando Norris 201.00

 

Mühəndislər Kubokunda Mercedes-in qələbəsinə inam illərdir ki, dəyişmir və özünü doğruldur. Lakin bu dəfə onlar yeganə favorit deyillər və Red Bull-un bu gedişlə mövsümü zirvədə tamamlaması da çox təəccüblü olmaz…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.50
Red Bull 2.50
Ferrari, McLaren 41.00
AlphaTauri 101.00
Aston Martin 201.00
Alpine 501.00
Alfa Romeo, Haas, Williams 2001.00
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*