Portuqaliya-2021: Birinci sərbəst yürüşlər

Mövsümün əvvəlindən bəri ilk dəfə məşqlərdə yalnız əsas sürücülər çalışmaıb - Alfa Romeo Covinatsinin maşınını komandanın ikinci ehtiyat pilotu Kallum Aylota təhvil verib.

F-1.az xatırladır ki, keçən il hamı burada sürüşkən asfaltdan şikayətlənmişdi, çünki yarışa sadəcə 1 həftə qalmış döşənmişdi. Lakin aradan keçən vaxt ərzində asfaltın vəziyyəti xeyli düzəlib. Məşqdə də rezin qatı yolu örtdükcə, şərait daha da yaxşılaşıb.

Sürücülər sərt təkərlərlə sessiyaya başlasalar da, getdikcə daha yumşaq tərkiblərə keçiblər. Ferstappen, Lekler və Sayns trasdan çıxsalar da, yollarına davam ediblər. Birinci və dördüncü döngədə trasdan tam çıxma halına görə 35 nəticə ləğv edilib.

Ən sürətli dövrəni Soft təkərlərlə Valtteri Bottas vurub – 1:19.648. Məşqlər axşam davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:19.648 31
2 33 Maks Ferstappen Red Bull 1:19.673 + 0:00.025 23
3 11 Serxio Peres Red Bull 1:19.846 + 0:00.198 22
4 16 Şarl Lekler Ferrari 1:19.884 + 0:00.236 27
5 44 Lyuis Həmilton Mercedes AMG 1:19.967 + 0:00.319 32
6 10 Pyer Qasli AlphaTauri 1:20.444 + 0:00.796 31
7 63 Corc Rassell Williams 1:20.529 + 0:00.881 29
8 4 Lando Norris McLaren 1:20.635 + 0:00.987 26
9 55 Karlos Sayns Ferrari 1:20.680 + 0:01.032 27
10 31 Esteban Okon Alpine 1:20.800 + 0:01.152 26
11 18 Ləns Stroll Aston Martin 1:20.894 + 0:01.246 29
12 3 Daniel Rikkardo McLaren 1:20.995 + 0:01.347 31
13 22 Yuki Tsunoda AlphaTauri 1:21.090 + 0:01.442 28
14 14 Fernando Alonso Alpine 1:21.303 + 0:01.655 31
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:21.381 + 0:01.733 25
16 5 Sebastyan Fettel Aston Martin 1:21.405 + 0:01.757 31
17 98 Kallum Aylot Alfa Romeo 1:21.806 + 0:02.158 21
18 47 Mik Şumaxer Haas 1:21.939 + 0:02.291 29
19 6 Nikolas Latifi Williams 1:22.293 + 0:02.645 29
20 9 Nikita Mazepin Haas 1:24.224 + 0:04.576 29
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*