F-1.az xatırladır ki, cümə və şənbə günlərində burada baş tutmuş hər üç sərbəst yürüş sessiyasının qalibi Valtteri Bottas olub.
Pirelli buraya C1, C2 və C3 tərkiblərini gətirib. Asfaltla ilişmə az olduğundan, hətta həftəsonunun ən yumşaq tərkibi olan C3-ləri belə burada isitmək çox çətin olub. İlk onluqdan Həmilton, Bottas və Lekler orta, qalanları yumşaq, digər sürücülərdən isə Rəykkönen yumşaq, Maqnussen sərt, qalanları isə orta təkərlərlə start alıblar.
Yarışa ilk cərgədən Həmilton və Bottas, ikinci cərgədən Ferstappen və Lekler, üçüncü cərgədən isə Peres və Elbon başlayıblar.
Startda Həmilton əvvəlcə yerini qoruyub, Ferstappen isə Bottası keçib. Lakin Valtteri mövqeyini geri qaytarıb, daha sonra isə Həmiltonu da geridə qoyaraq liderliyə yüksəlib. Peres yerində fırlanıb. Yağış başlayıb və dərhal dayanıb. Sayns yumşaq təkərlərin hesabına hətta Mercedes sürücülərini də üstələyərək liderliyi ələ alıb. Rəykkönen də 10 pillə irəliləyərək 6-cı yerə qalxıb. 2-ci dövrədən sonra ilk onluq: Sayns – Bottas – Həmilton – Norris – Ferstappen – Rəykkönen – Rikkardo – Lekler – Qasli – Stroll.
5-ci dövrədə Ferstappen Norrisi, bir dövrə sonra da Bottas birinci gedən Saynsı ötüb. İspan sürücü bir qədər sonra Həmiltondan da geri qalıb. 8-ci dövrədə Ferstappen də onu keçib, Lekler isə Rəykköneni məğlub edərək altıncı olub. Lekler Norrisi də üstələyib, marşallar Strolla dəfələrlə trasdan çıxdığı üçün ağ-qara bayraq göstəriblər.
11-ci dövrədə Qasli Rikkardonu,Stroll isə Rəykköneni geridə qoyub. Kimi pit-stopa yollanıb. Qasli Norrisi keçib, 15-ci dövrədə Rikkardo təkərlərini dəyişib. Stroll və Norris 18-ci dövrədə toqquşublar, hər iki sürücü maşın zələndiyi üçün pit-stop etməli olublar. Stüardlar Strolla 5 saniyə cəzası veriblər.
Fərqi bağlayan Həmilton 20-ci dövrədə komanda yoldaşına hücum edib və onu ötərək yarışın yeni lideri olub. Qasli Saynsı keçib, Elbon pit-stopa yollanıb. 20-ci dövrədən sonra ilk onluq: Həmilton – Bottas – Ferstappen – Lekler – Qasli – Sayns – Okon – Fettell – Rassell – Covinatsi.
Peres növbəti 3 dövrədə Kvyat və Covinatsini keçərək 10-cu yerə qalxıb. Ferstappen 24-cü dövrədə təkərlərini dəyişdirib. Onu 25-ci dövrədə Latifi, 26-cı dövrədə Kvyat, 27-ci dövrədə Sayns və Qrojan, 28-ci dövrədə Fettel, 29-cu dövrədə isə Qasli və Covinatsi izləyiblər.
Qrojana dəfələrlə yoldan çıxdığı üçün 31-ci dövrədə ağ-qara bayraq göstərilib. Sayns 34-cü dövrədə Rəykköneni geridə qoyub. Peres 35-ci dövrədə Okonu keçərək 5-ci olub. Lekler həmin dövrədə, 5 saniyəlik cəzası olan Stroll isə növbəti dövrədə pit yoluna üz tutub. 38-ci dövrədə Rassell, 40-cı dövrədə Həmilton, 42-ci dövrədə isə Bottas yeni təkərlərə keçiblər.
Norrisin təkərində kiçik deşilmə olub və 45-ci dövrədə pit yoluna üz tutub. Qasli Rikkardonu ötüb. Növbəti 3 dövrədə isə Peres, Rikkardo və Elbon təkərlərini dəyişdiriblər – Red Bull mexanikləri pit-stopu 1.8 saniyə kimi rekord göstərici ilə yerinə yetiriblər.
Strol 53-cü dövrədə boksa gəlib və yarışı yarımçıq saxlayıb. Kvyat da yoldan çox çıxdığı üçün 5 saniyəlik cəza alıb. Bu cəzasını 57-ci dövrədə pit-stop zamanı ödəyib. Sayns 65-ci və 66-cı dövrələrdə müvafiq olaraq, Qasli və Saynsdan geri qalıb.
Beləliklə, Lyuis Həmilton mövsümdə 8-ci, karyerasında isə 92-ci qələbəsini qazanaraq Mixael Şumaxeri geridə qoyub və vahid liderliyə yüksəlib. Valtteri Bottas finiş xəttini ikinci keçib. Maks Ferstappen podyumu tamamlayıb. Yarışı bu üçlüklə eyni dövrədə başa vuran yeganə sürücü olan Şarl Lekler isə dördüncü olub.
Mübarizə gələn həftə İmolada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:29:56.828 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:25.592 | 1 |
3 | 33 | Maks Ferstappen | Red Bull | + 0:34.508 | 1 |
4 | 16 | Şarl Lekler | Ferrari | + 1:05.312 | 1 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | +1 dövrə | 1 |
6 | 55 | Karlos Sayns | McLaren | +1 dövrə | 1 |
7 | 11 | Serxio Peres | Racing Point | +1 dövrə | 2 |
8 | 31 | Esteban Okon | Renault | +1 dövrə | 1 |
9 | 3 | Daniel Rikkardo | Renault | +1 dövrə | 1 |
10 | 5 | Sebastyan Fettel | Ferrari | +1 dövrə | 1 |
11 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 dövrə | 1 |
12 | 23 | Aleksander Elbon | Red Bull | +1 dövrə | 2 |
13 | 4 | Lando Norris | McLaren | +1 dövrə | 2 |
14 | 63 | Corc Rassell | Williams | +1 dövrə | 1 |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 1 |
16 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 1 |
17 | 8 | Roman Qrojan* | Haas | +1 dövrə | 1 |
18 | 6 | Nikolas Latifi | Williams | +2 dövrə | 1 |
19 | 26 | Daniil Kvyat | AlphaTauri | +2 dövrə | 2 |
* – Qrojanın nəticəsinin üzərinə 5 saniyə əlavə olunub.
Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:18.750 (63-cü dövrə, 212.708 km/saat)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Ləns Stroll | Racing Point | 53 | maşının altlığı |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas | 256 | |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas | 179 | |
3 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 162 | |
4 | 3 | Daniel Rikkardo | Renault DP World F1 Team | 80 | |
5 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 75 | |
6 | 11 | Serxio Peres | BWT Racing Point F1 Team | 74 | |
7 | 4 | Lando Norris | McLaren F1 Team | 65 | |
8 | 23 | Aleksander Elbon | Aston Martin Red Bull Racing | 64 | |
9 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 63 | |
10 | 55 | Karlos Sayns | McLaren F1 Team | 59 | |
11 | 18 | Ləns Stroll | BWT Racing Point F1 Team | 57 | |
12 | 31 | Esteban Okon | Renault DP World F1 Team | 40 | |
13 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 18 | |
14 | 26 | Daniil Kvyat | Scuderia AlphaTauri Honda | 14 | |
15 | 27 | Niko Hülkenberq | BWT Racing Point F1 Team | 10 | |
16 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing | 3 | |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing | 2 | |
18 | 8 | Roman Qrojan | Haas F1 Team | 2 | |
19 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 435 |
2 | Aston Martin Red Bull Racing | Honda | 226 |
3 | BWT Racing Point F1 Team | Mercedes | 126 |
4 | McLaren F1 Team | Renault | 124 |
5 | Renault DP World F1 Team | Renault | 120 |
6 | Scuderia Ferrari | Ferrari | 93 |
7 | Scuderia AlphaTauri Honda | Honda | 77 |
8 | Alfa Romeo Racing | Ferrari | 5 |
9 | Haas F1 Team | Ferrari | 3 |