Portuqaliya-2020: İkinci sərbəst yürüşlər

Bu gün Portimaoda hava yaxşı olub, sürücülərə yalnız külək mane olublar. Səhər yeniliklər yoxlandıqdan sonra, bu dəfə diqqətlər sazlanmalara və təkərlərin səmərəliliyinin tapılmasına yönəldilib.

F-1.az bildirir ki, sürücülər ilk yarım saatda gələn il üçün nəzərdə tutulmuş təkərlərin prototiplərini yoxlayıblar. Pirelli hər bir komandaya işarələnməmiş təkərlər də verib.

Renault Okonun maşını sessiyaya qədər hazır vəziyyətə gətirə bilib. Sürücülər yenə trasdan çıxdıqları üçün nəticələrinin ləğv edilməsi ilə cərimələniblər, lakin dördüncü döngə kor döngə olduğundan, bu məsələ müzakirə olunacaq və ola bilər ki, sabahdan etibarən orada heç kim cərimələnməsin.

Məşqlər düz yarıya çatarkən qırmızı bayraqlarla dayandırılıb – Qaslinin maşını güc itirərək yoldan kənarda dayanıb. Maşın alışıb, Qasli dərhal kokpiti tərk edə bilib. Marşallar alovu söndürüblər. Bu prosseslər 5 dəqiqə davam edib və yenidən restart verilib.

Lakin qırmızı bayraqlar 4 dəqiqə sonra yenidən dalğalanıb – Ferstappen ilə Stroll ilk döngədə qəza ediblər. Strollun maşını çınqıllığa düşsə də, Maks yoluna davam edə bilib. Bu dəfə fasilə 17 dəqiqə davam edib.

Protokollara yenə Valtteri Bottas başçılıq edib – 1:17.940. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:17.940 32
2 33 Maks Ferstappen Red Bull 1:18.535 + 0:00.595 34
3 4 Lando Norris McLaren 1:18.743 + 0:00.803 35
4 16 Şarl Lekler Ferrari 1:18.838 + 0:00.898 34
5 55 Karlos Sayns McLaren 1:19.113 + 0:01.173 32
6 5 Sebastyan Fettel Ferrari 1:19.175 + 0:01.235 34
7 10 Pyer Qasli AlphaTauri 1:19.178 + 0:01.238 26
8 44 Lyuis Həmilton Mercedes AMG 1:19.308 + 0:01.368 27
9 31 Esteban Okon Renault 1:19.496 + 0:01.556 32
10 23 Aleksander Elbon Red Bull 1:19.643 + 0:01.703 37
11 63 Corc Rassell Williams 1:19.821 + 0:01.881 33
12 11 Serxio Peres Racing Point 1:19.901 + 0:01.961 34
13 3 Daniel Rikkardo Renault 1:19.987 + 0:02.047 28
14 6 Nikolas Latifi Williams 1:20.465 + 0:02.525 33
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:20.490 + 0:02.550 34
16 20 Kevin Manqussen Haas 1:20.680 + 0:02.740 29
17 26 Daniil Kvyat AlphaTauri 1:20.729 + 0:02.789 33
18 8 Roman Qrojan Haas 1:20.867 + 0:02.927 32
19 18 Ləns Stroll Racing Point 1:20.983 + 0:03.043 26
20 99 Antonio Covinatsi Alfa Romeo 1:21.396 + 0:03.456 34
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*