F-1.az bildirir ki, sessiyanın əvvəlində Ferstappen yerində fırlanıb və boksa qayıdıb. Ön asqılar dəyişdirildiyindən, Maks uzun müddət trasa qayıda bilməyib. Sessiya boyunca 65 dövrəvi nəticə birinci və dördüncü döngədə trasdan tamamilə çıxmaya görə ləğv edilib.
Sona 20 dəqiqə qalmış Qaslinin maşınında problem olub, ona boksa gəlməsi tapşırlıb. Lakin fransız sürücü yoluna davam edib. Okonun maşınında yağ sızıntısı olub və tüstülənib.
Sürücülər sessiya boyuncca yalnız Medium və Hard təkərlərdən istifadə ediblər. Valtteri Bottas 1:18.410-luq nəticə ilə protokollara başçılıq edib. Ən çox məsafəni isə Karlos Sayns qət edib – 42 dövrə.
Məşqlər nahardan sonra davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.410 | – | 35 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:18.749 | + 0:00.339 | 34 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:19.191 | + 0:00.781 | 31 |
4 | 16 | Şarl Lekler | Ferrari | 1:19.309 | + 0:00.899 | 33 |
5 | 23 | Aleksander Elbon | Red Bull | 1:19.365 | + 0:00.955 | 33 |
6 | 55 | Karlos Sayns | McLaren | 1:19.441 | + 0:01.031 | 42 |
7 | 11 | Serxio Peres | Racing Point | 1:19.907 | + 0:01.497 | 30 |
8 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:19.954 | + 0:01.544 | 34 |
9 | 3 | Daniel Rikkardo | Renault | 1:20.058 | + 0:01.648 | 27 |
10 | 10 | Pyer Qasli | AlphaTauri | 1:20.124 | + 0:01.714 | 28 |
11 | 5 | Sebastyan Fettel | Ferrari | 1:20.200 | + 0:01.790 | 37 |
12 | 4 | Lando Norris | McLaren | 1:20.207 | + 0:01.797 | 28 |
13 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:20.278 | + 0:01.868 | 31 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:20.846 | + 0:02.436 | 28 |
15 | 18 | Ləns Stroll | Racing Point | 1:20.954 | + 0:02.544 | 32 |
16 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:21.009 | + 0:02.599 | 34 |
17 | 8 | Roman Qrojan | Haas | 1:21.169 | + 0:02.759 | 30 |
18 | 63 | Corc Rassell | Williams | 1:21.374 | + 0:02.964 | 30 |
19 | 31 | Esteban Okon | Renault | 1:21.673 | + 0:03.263 | 31 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:22.054 | + 0:03.644 | 34 |