Əlavə olaraq, onlar yeni litium-ion batareyalar dəstini tətbiq ediblər. Avtomobilin daxili yanma mühərriyi dəyişilməz olaraq qalıb. Söylənilənlərə görə, hibrid aqreqatın ümumi gücü 900 at qüvvəsinin ustündədir. Bir gün bundan əvvəl, Audi Motorsport komandası yeni mövsümdə istifadə edəcəyi R18 e-tron quattro sportprototipini nümayiş etdirmişdi. Rəqib komandanın avtomobilinin hidrid aqreqatının gücü 830 at qüvvəsindən 1000 at qüvvəsinə yüksəldilib.
F-1.az bildirir ki, yeni mövsümdə Porsche komandası iki heyət ilə çıxış edəcək. Birinci heyətin tərkibinə keçən il çempionluq titulunu əldə etmiş Mark Uebber, Brendon Hartli və Timo Bernhard, ikinci heyətə isə Romen Düma, Nil Yani və Mark Lib daxildirlər.
WEC (World Endurance Championship) çempionatının ilk mərhələsi aprelin 17-də Silverstounda keçiriləcək altı saatlıq marafon olacaq. Le Manın 24 saatı marafonu isə iyunun 18-19-da (Bakıdakı Avropa Qran Prisi ilə eyni gündə) keçiriləcək. Çempionatın son yarışı isə noyabrın 19-da Bəhreyndə keçiriləcək altı saatlıq marafon olacaq.