F-1.az xəbər verir ki, Red Bull-la planlaşdırılan və Porsche-ni komandasının 50% sahibinə və onun yeni güc qurğuları bölməsinə çevirəcək əməkdaşlığın iflasından təxminən iki il sonra şirkətin idman direktoru Tomas Laudenbax bu məsələnin bağlandığını bildirib.
Tomas Laudenbax: “Hazırda Formula1 bizim maraq dairəmizə daxil deyil. Bizim bir çox perspektivli proqramlarımız var və hazırda etdiyimiz işlərə diqqət yetiririk.
Biz müştərilərimizin yarışlarında iştirak edirik: trek günlərindən GT4-ə, monokuboklardan peşəkar GT yarışlarına qədər. Penske komandası ilə birlikdə ən vacib iki dözümlülük yarış seriyasında çıxış edirik. Şirkətimiz üçün çox vacib olan yeganə tam elektrikli yüksəksəviyyəli seriya olan Formula E-də iştirak edirik və öz proqramımızdan çox məmnunuq”.
Qeyd edək ki, Porsche 2026-cı ildən etibarən Red Bull komandası ilə birlikdə Formula1-də iştirak etmək üçün danışıqlar aparırdı. Lakin tərəflər razılığa gələ bilmədilər və Porsche Formula1 planlarını təxirə salbı. Şirkət bunun əvəzinə mövcud yarış proqramlarına, xüsusilə də Formula E və müştəri yarışlarına diqqət yetirəcək.
Xatırladaq ki, Porsche 1950-ci və 1960-cı illərdə Formula1-də mühərrik təchizatçısı kimi iştirak edib və bir neçə qələbə qazanıb. 1980-ci illərdə Porsche qısa müddət ərzində McLaren komandasını mühərriklərlə təchiz edib və bir neçə çümpionluq tituluna sevinib. Sonuncu dəfə isə Porsche 1991-ci ildə Footwork komandası ilə Formula1-də iştirak edib.