Porsche F1-dən imtina edib?

RacingNews365 resursu özünün bir sıra mənbələrinə istinadən xəbər verir ki, Porsche 2026-cı ildən etibarən F1-də güc qurğusu təchizatçılarından biri olmaq üçün müraciət etməyib.

F-1.az bildirir ki, müraciət müddəti artıq keçib və nəşrin fikrinə görə, Porsche çox güman ki, 2026-cı ildə, yeni motor qaydaları qüvvəyə minəndə Formula1-ə qoşulmaq fikrindən əl çəkib.

Bundan əlavə, çətin ki, Porsche və Williams arasında əməkdaşlıq haqqında şayiələr təsdiqlənsin. Onsuz da Williams bu şayiələri təkzib edib.

Keçən mövsümün gedişində Porsche-nin Red Bull ilə ortaqlıq müqaviləsi bağlayacağı bildirildi, lakin sonda tərəflər bu fikirdən danışdınlar. Eyni zamanda, Porsche nümayəndələri dəfələrlə Formula1-də iştiraka prioritet variant kimi baxmağa davam etdiklərini bildiriblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*