Dünən axşam məlum olub ki, Fransanın Alp dağlarında baş verən insident zamanı Mixael Şumaxerin dəbilqəsinə GoPro videokamerası quraşdırılıbmış – sürücünün ailəsi dəbilqə və kameranı insidenti araşdıran yerli polislərə veriblər.
İnsident zamanı çəkilişin getməsi barədə mətbuata heç nə bildirilməyib, amma AFP agentliyinə müsahibəsi zamanı polislərdən biri deyib ki, “kameradakı çəkilişlərin araşdırmaya kömək edəcəyinə ümidlidirlər.” Bundan başqa, polislər Mixaelin 14 yaşlı oğlu və onun dostunu da dindiriblər.