Pol Rikar trasının konfiqurasiyası təsdiq olunub

Pol Rikar trası 2018-ci ildən etibarən yenidən Fransa Qran Prisini qəbul edəcək. Yarışın təşkilatçıları trasın konfiqurasiyanı təqdim ediblər. Təsdiq olunan konfiqurasiyaya əsasən Mistral düzlüyü Formula1 yarışlarında şikana ilə iki yerə bölünəcək.

F-1.az xatırladır ki, Pol Rikar trası 2018-ci ildən etibarən 5 il ərzində Fransa yarışımı qəbul edəcək. Bu trasın 170-dək müxtəlif konfiqurasiyası olduğu üçün Formula1 yarışının hansı konfiqurasiyada keçiriləcəyi hamıya maraqlı idi.

Araşdırmalardan sonra məlum olub ki, FİA-nın GRADE 1 lisenziyasına, yəni F1 yarışlarını keçirməyə imkan verən yalnız bir konfiqurasiya uyğun gəlir.

Beləliklə, Fransa trasının uzunluğu 5842 metr olacaq və məşhur Mistral düzlüyü də konfiqurasiyada olacaq, amma şikana ilə iki yerə bölünəcək.

Xatırladaq ki, Pol Rikar trası 1971-1990-cı illərdə 14 dəfə Fransa QP-ni qəbul edib. Sonuncu Fransa QP isə 2008-ci ildə Manyi Kur trasında keçirilib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*