F-1.az xatırladır ki, maşınların konfiqurasıyası keçənilki mövsümü son yarışına uyğun olmalı idi, çünki komandalar bu testlərdən öz mənafeləri naminə istifadə edə bilməsinlər, onların test proqramlarını isə Pirelli-nin mühəndisləri tərtib ediblər. Düzdür, Red Bull maşını keçənilkindən fərqli rəng çalarına boyanıb yan pantonlarda və arxa antiqanadda İnfiniti loqotipləri olmayıb.
Səhər havanın hərarəti +10 dərəcəni aşmayıb, günorta temperatur bir qədər yüksəlib. Süni sulanan trasda Daniel Rikkardo və Kimi Rəykkönen işləyiblər – yalnız McLaren komandası əsas sürüclərini testlərə cəlb etməyib və Stoffel Vandornu dəvət edib. Komanda yenə də güc qurğusunun problemləri ilə üzləşib – axşama yaxın maşın evakuatorla boksa çatdırılıb.
Daniel və Kimi isə bütün proqramı işləyiblər – müxtəli tərkibli on yağış təkər dəstinin hər biri ilə 10 dövrə vurublar.
Sonuncu dəfə Pirelli yağış təkər testlərini 2014-cü ilin yanvarında keçirmişdi – Xeres testlərinin gedişində asfalt adi traktorlarla sulanmışdı, amma sonra asflat tez qurumuş və testlər elə də məhsuldar alınmamışdı.
Pol Rikar avtodromunda isə süni suvarma sistemi qurulub, sistemin köməyi ilə trasda istənilən şəraiti təşkil etmək olur. Pirelli test günlərinin hər birində trasa 3 milyon litr su axıdacaq.
Bu testlərdə dövrədə göstərilən nəticə elə də əhəmiyyət kəsb etmir, amma qeyri-rəsmi protokollara Daniel Rikkardo başçılıq edib. Sabah testlərdə Daniil Kvyat, Sebastyan Fettel və Stoffel Vandorn çalışacaqlar…
Yer | Sürücü | Komanda | Motor | Zaman | Fərq | Dövrə |
01. | D.Rikkardo | Red Bull | Renault | 1:08.713 | – | 100 |
02. | S.Vandorn | McLaren | Honda | 1:09.131 | +0.418 | 87 |
03. | K.Rəykkönen | Ferrari | Ferrari | 1:09.637 | +0.924 | 100 |