Pol Esparqaro İtaliyada da yarışmayacaq

Bu həftəsonu Mucelloda yarışlara qayıtmaq istəyən Pol Esparqaroya pis xəbər gəlib.

F-1.az bildirir ki, ispaniyalı sürücünün müalicə prosesi davam etdiyi üçün onun yarışmasına icazə verilməyib.

Qeyd edək ki, Pol mövsümün ilk yarışı Portuqaliyada ağır qəza etmiş və çənəsindən belinə qədər zədələnmişdi. Təcrübəli sürücü dörd həftə xəstəxanada qaldıqdan sonra evinə buraxılsa da, sağalma prosesi elə də asan keçməyib.

Belə ki, idmana qayıtmaq üçün məşqlərə başlayan Pola pis xəbər gəlib: Onun onurğasının ətrafında iltihablanma əmələ gəlib və buna görə də müalicə davam edəcək. Buna görə də Polun Mucelloda qayıtmaq planları ləğv olunub.

Tech3 GasGas komandası bu barədə belə açıqlama verib: “Pol Esparqaronu yenidən motosikletdə görmək üçün səbirsizlənirik. Ancaq müalicə prosesi davam etdiyi üçün bir az gözləməliyik. Pol mövsümün ilk yarışı Portuqaliyada yıxılandan müalicə görür. Onun ilk hədəfi zədəni sağaltması və formasına qayıtmalıdır. Bunun üçün çox çalışır.

İlk hədəf Polun bu həftəsonu Mucelloda qayıtması idi. Ancaq onurğasının ətrafında iltihablanma oldu və müalicə almalıdır. Həm komanda, həm pol, həm də bazadakı hər kəs ümid edir ki, 44 nömrəli motosiklet tezliklə qayıtsın. İtaliyadan sonra Almaniyaya daha sonra isə Assenə gedəcəyik”.

İtaliyada Esparqaronun yerinə Yonas Folqer yarışacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*