F-1.az xatırladır ki, ispaniyalı sürücü. Portuqaliyada ikinci sərbəst yürüşlərdə 10-cu döngədə qəza edib və bariyerlərə çırpılaraq, ağır zərbələr alıb. Nəticədə onun çənəsi, onurğası qırılıb və ağciyərində ciddi travmalar yaranıb. Həkimlər hazırda Polu nəzarətdə saxlayırlar və onun Argentina, ABŞ yarışlarında olmayacağı dəqiqdir.
Lakin komandası Tech3 GasGas onun əvəzinə heç kimi yarışdırmayacağını deyib: Pola hörmət edirik və buna görə onun əvəzinə heç kim gəlməyəcək. Onun sağlığı barədə tam məlumat aldıqdan sonra bir şey fikirləşəcəyik”.