Podiumda müsahibələr ənənəvi olacaq

Böyük Britaniya Qran Prisinin finişindən sonra podiumda mükafatlandırma mərasimi zamanı sürücülər Cəki Stüartın suallarına cavab verməli olublar – FOM-un qərarına […]

Böyük Britaniya Qran Prisinin finişindən sonra podiumda mükafatlandırma mərasimi zamanı sürücülər Cəki Stüartın suallarına cavab verməli olublar – FOM-un qərarına əsasən bu cür müsahibələr ənənəvi olacaq.

Podiumdakı müsahibə yarışdan sonra ənənəvi olan FİA-nın mətbuat konfransının birinci hissəsini, yəni həmişə televiziyada göstərilən hissəni əvəz edəcək. Mükafatlandırmadan sonra sürücülər mətbuat mərkəzinə düşəcəklər və burada artıq FİA-nın rəzmi mətbuat konfransı çərçivəsində jurnalistlərin suallarına cavab verəcəklər, adətən bu hissəni telekanalları yayımlamırdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*