Bu gün səhər Monako Qran Prisinin stüardları Pastor Maldonadonu cərimə etmişdilər – venesuelalı sürücü sərbəst yürüşlərdə Serxio Peresi bloka salmışdı. Amma sıralanma turundan sonra sürücüyə daha bir cərimənin verilməsi barədə elan olunub.
Bu dəfə cərimə texniki xarakter daşıyır, sürücünün maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün Pastor startda daha beş yer itirməli olacaq.
Nəticədə İspaniya Qran Prisinin qalibi Monakoda yarışa sonuncu 24-cü yerdən başlamalı olacaq…