Bugünkü yarışda Maldonado və Peres arasındakı insidenti araşdıran Qran Prinin stüardları Pastoru insidentdə günahkar biliblər. Venesuelalı sürücüyə rəsmən xəbərdarlıq edilib və 10 min Avro cərimə təyin edilib.
Kamui Kobayaşi də maddi cərimə alıb, yarışın gedişində pit-stop zamanı mexaniklərini vuran yaponiyalı sürücüyə 25 min Avro cərimə təyin edilib.