Monako Qran Prisinin stüardları bu gün səhər sərbəst yürüşlərdə baş vermiş insidenti araşdırıblar.
İnsident zamanı Pastor Maldonado Serxio Peresi bloka saldığı üçün stüardlar tərəfindən sərt cəza alıb – venesuelalı sürücü sabahkı yarışın startında 10 yer itirməli olacaq.
Xatırladaq ki, sabahkı yarışın startında Mixael Şumaher də beş yer itirməli olacaq – almaniyalı sürücü İspaniya Qran Prisində Bruno Senna ilə toqquşmada təqsirkar bilinmişdi.