Mövsümün sonunda McLaren komandasının texniki direktoru Paddi Lounun cari komandası ilə müqaviləsi başa çatacaq və təcrübəli mühəndis Mercedes AMG komandasına keçəcək – bu barədə Londonda dərc olunan The Guardian məlumat verib. Qəzetin məlumatına görə, Lou mövsümün ilk yarışına komandası ilə birlikdə Melburna uçmayacaq…
Hələ yanvar ayında ilk şayiələr peyda olmuşdu ki, Lou iş yerini dəyişməyə hazırlaşır, amma Mercedes AMG komandasının başçısı Ross Braun bildirmişdi ki, onun başçılıq etdiyi müddətdə komandada dəyişiklik olmayacaq.
Amma elə əvvəldən məlum idi ki, McLaren Lounu güclə komandada saxlamağa çalışır. Çox güman ki, Paddi mövsümün sonunda yeni komandasına keçərkən komanda gələn mövsüm üçün yeni maşınını hazırlamış olacaq – gələn il çempionat 1.6 litrlik V6 turbomotorlara keçəcək.
The Guardian yazır ki, Lounun komandaya keçməsi Braunun işdən çıxması demək deyil. Qarşıdakı mövsümü Lou McLaren-də qalacaq, amma yəqin ki, “akademik məzuniyyət” götürəcək və komandada elə də rol oynamayacaq: komanda gələn mövsümə hazırladığı maşını ondan uzaq saxlamağa çalışacaq. Gələn il 60 yaşı tamam olacaq Ross Braunun gələcəyi barədə çox şayiələr gəzir. Əgər bu il Mercedes AMG komandası ciddi uğur qazana bilməsə, komandada hakimiyyət bütünlüklə Lounun əlinə keçə bilər…