Pis hava şəraiti Rosberqin təkər testinə əngəl olub

Alman sürücü Barselonada keçirilən testdə cəmi 60 dövrə vura bilib.

F-1.az xatırladır ki, Mercedes AMG komandası 2017-ci ilin Pirelli təkərlərini test edən 3 komandadan biridir. Komanda test proqramını Barselonada davam etdirib. Gələn ilin reqlamentinə uyğun modifikasiya olunmuş W05-in sükanı arxasına keçən Niko Rosberg hava şəraitinə görə günlük test proqramını başa vura bilməyib. Səhər saatlarında hava çox soyuq olub. Nahardan sonra isə yağış yağıb. Ona görə də nahara qədər 46 dövrəni sliklərlə vuran Niko, nahardan sonra 14 dövrə yağış təkərləri ilə işləyib.

Test proqramını bu gün Lyuis Həmilton davam etdirəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*