F-1.az xatırladır ki, hava şəraiti pis olduğu üçün testlərin ikinci günündə komandalar tam işləyə bilməyiblər, üçüncü gün isə, ümumiyyətlə, heç trasa çıxa bilməyiblər.
Günter Ştayner: “Böyük komandalar testlərdə daha çox iş gördükləri üçün bizdən az itirirlər. Əlverişli nəticə almaq üçün bütün resurslardan testlərdə istifadə edə bilirlər. Melburnda kiçik komandalar daha çox zərər görmüş olacaq. Güclü komandaların resursu çoxdur. Bu işlər belə gedir. Gələn həftə yaxşı olmalıdır. Deyəsən, yağış yağmayacaq və temperatur artacaq. 16-17 dərəcə isti olsa, normal işləmək olar”.