Pirelli yeni yağış təkərlərini Monakoya gətirəcək

Pirelli şirkəti yeni yağış təkərlərini Monako Qran Prisinə gətirəcək.

F-1.az xatırladır ki, italiyalı təkər istehsalçısı yeni yağış təkərlərini İmolaya gətirməyi planlaşdırsa da, yağış və selə görə o Qran Pri ləğv olunub. Bu da o deməkdir ki, yeni dəst təkərlər ilk dəfə Monakoda debüt edəcək. Hava proqnozlarına baxanda da bu təkərlər ehtiyacın olacağı məlum olur.

Yeni təkərlərin termoçexollara ehtiyacı yoxdur və buna görə sərin havalarda daha yaxşı performans göstərməsi gözlənilir. Pirelli keçın il sürücülərdən çoxlu tənqid almışdı. Səbəbi isə yağış təkərlərinin suyu yetərincə təxliyə etmədiyi və yavaş olması idi. Bu yeni versiya ilə hər iki problem də həll olunmalıdır.

Mario İzola: “İmola yarışı ləğv olunandan sonra Monakoda termoçexolduz yağış təkərlərinə ehtiyac ola bilər. Bu havadan da asılıdır, amma bu həftə test etmək olar. Testlərdə gördük ki, bu təkərlər termoçexol olmadan əvvəlki yağış təkərlərindən daha yaxşı performans göstərdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*