Mario İzola: “Sıralanma turunda qeydə alınan nəticələr çox sıxdır. Sürücülər bir-birilərinə çox yaxın nəticələr göstəriblər. Düşünürəm ki, biz sabah qoşa pit-stoplu strategiya görə bilərik, çünki Medium və Soft təkərlər arasındakı fərq çox böyükdür. Məsafənin çox hissəsi bura gətirdiyimiz ən yumşaq tərkiblə qət ediləcək. Buna görə də sürücülərin iki dəfə Soft, bir dəfə də Medium təkərlərdən istifadə edəcəklərini gözləyirəm”.
Pirelli yarışda iki pit-stoplu strategiya gözləyir
Təkərlərin səmərəliliyi Barselonada sıralanma turunda əsas amillərdən biri olub. Tərkiblər arasındakı sürət fərqi çox böyükdür və Pirelli sabahkı yarışda sürücülərin iki pit-stop etməsini gözləyir.