F-1.az xəbər verir ki, italyan şirkət sabahkı yarışda maksimum iki pit-stopluq strategiya gözləyir.
Mario İzola: “Ən maraqlı strateji gediş Bottasın bu gün ikinci sessiyada Soft təkərlərlə iştirak edərək sabahkı yarışa elə bu tərkiblə başlamağa qərar verməsi oldu. O, ilk pit-stopa qədər daha uzun məsafə qət edəcək rəqiblərini üstələməyə çalışacaq.
Bu gün temperatur 20 dərəcədən aşağı idi – belə hal nadir hallarda olur. Sessiyanın əvvəlində asfalt nəm idi. Lakin bütün bunlara baxmayaraq, Həmilton trasın rekordunu yenilədi. Biz sabah SuperSoft-ların aşınmasından asılı olaraq, bir və ya iki pit-stop gözləyirik”.