Pirelli yarışda bir pit stop gözləyir

Keçən il olduğu kimi, Mayamidə ən sürətli yarış strategiyası Mediumdan başlayaraq 13-cü və 20-ci dövrələr arasında Hard-a keçən bir pit stopdur.

F-1.az xəbər verir ki, iki pit stop da mümkündür: Medium-la başlayıb, 11-ci və 17-ci dövrələr arasında Hard-a, sonra isə 41-ci və 46-cı dövrələr arasında Soft-a keçid.

Komandalar təhlükəsizlik maşınının yola düşmə ehtimalının yüksək olduğunu və hava şəraitini nəzərə almalıdırlar – yağış da mümkündür.

Mario İzola: “Sıralanma turu həyəcanlı və dramatik oldu və ilk üçlükdə bu dəfə hamı ispan dilində danışır – Serxio Peres, Fernando Alonso və Karlos Sayns.

Gözlənildiyi kimi, builki poul mövqeyi keçənilkindən, demək olar ki, iki (dəqiq olsaq 1.955) saniyə daha sürətli idi və qırmızı bayraqlar səbəbindən final sessiyası erkən dayandırılmasa idi, daha da sürətli ola bilərdi. Yumşaq təkərlər yaxşı performans göstərdi – onlar ilk dövrədə nəinki sürətli idilər, həm də bir və ya iki yavaş dövrədən sonra asfaltla yaxşı ilişməni bərpa edərək, sürücülərə mövqelərini yaxşılaşdırmağa imkan verirdi.

İndiyə qədər toplanmış məlumatlar onu deməyə əsas verir ki, Medium – Hard sxeminə uyğun olaraq bir pit stop strategiyası optimal olacaq. Pit leynin uzunluğunun bir qədər azalması iki pit stop imkanı açır, lakin biz Soft təkərlərinin uzun məsafələrdə qranulyasiyasını gördük. Amma yağış yağsa, hər şey ola bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*