Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Yaponiya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.
F-1.az xatırladır ki, italyanlar Suzuka trasına orta üçlüyü – SuperSoft, Soft və Medium tərkiblərini gətirəcəklər. Bu üçlük mövsümdə artıq dörd dəfə – Bəhreyndə, İspaniyada, Belçikada və İtaliyada istifadə olunub.
Tərkiblərin bərkliyinə baxmayaraq, sürücülərin seçimi əvvəlki iki yarışdakı seçimi xatırladır – Mercedes sürücüləri yenə də 7 dəst ən yumşaq tərkibdən alacaqlar. Ferrari-nin sürücüləri bu dəfə hamıdan çox – 10 dəst SuperSoft şifariş ediblər.
Ən maraqlı seçim isə McLaren komandasına məxsusdur – demək olar ki, bütün tərkiblərdən eyni sayda sifariş edilib…
Yaponiya Qran Prisi üçün təkər seçimi
Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
Lyuis Həmilton | Mercedes AMG | 2 | 4 | 7 |
Valtteri Bottas | Mercedes AMG | 2 | 4 | 7 |
Sebastyen Fettel | Ferrari | 1 | 2 | 10 |
Kimi Rəykkönen | Ferrari | 1 | 2 | 10 |
Daniel Rikkardo | Red Bull | 1 | 4 | 8 |
Maks Ferstappen | Red Bull | 1 | 5 | 7 |
Serxio Peres | Racing Point | 2 | 3 | 8 |
Esteban Okon | Racing Point | 2 | 3 | 8 |
Ləns Stroll | Williams | 1 | 3 | 9 |
Sergey Sirotkin | Williams | 2 | 2 | 9 |
Karlos Sayns | Renault | 2 | 3 | 8 |
Niko Hülkenberq | Renault | 1 | 4 | 8 |
Pyer Qasli | Toro Rosso | 2 | 3 | 8 |
Brendon Hartli | Toro Rosso | 1 | 4 | 8 |
Roman Qrojan | Haas | 2 | 3 | 8 |
Kevin Maqnussen | Haas | 1 | 4 | 8 |
Fernando Alonso | McLaren | 4 | 5 | 4 |
Stoffel Vandorn | McLaren | 4 | 5 | 4 |
Markus Eriksson | Sauber | 1 | 4 | 8 |
Şarl Lekler | Sauber | 2 | 3 | 8 |