Pirelli Yaponiya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Yaponiya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, gələn həftənin sonunda baş tutacaq yarışa Pirelli elə bu həftə Malayziyada olduğu kimi ən bərk üçlüyü – Hard, Medium və Soft tərkiblərini gətirəcək. Amma Sepanqdan fərqli olaraq Suzukada Medium və ya Soft yarışın gedişində mütləq istifadə olunmalıdır.

Komandalar sarı (Soft) təkərlərə üstünlük veriblər. Fettelin seçimi isə hamını təəccübləndirib – almaniyalı sürücü cəmi bir dəst Medium seçib…

Sürücü Komanda Hard Medium Soft
Lyuis Həmilton Mercedes AMG 3 2 8
Niko Rosberq Mercedes AMG 2 3 8
Sebastyan Fettel Ferrari 3 1 9
Kimi Rəykkönen Ferrari 2 2 9
Valtteri Bottas Williams 2 4 7
Felipe Massa Williams 3 3 7
Daniel Rikkardo Red Bull 4 3 6
Maks Ferstappen Red Bull 4 3 6
Niko Hülkenberq Force İndia 4 2 7
Serxio Peres Force İndia 4 2 7
Kevin Maqnussen Renault 4 2 7
Colion Palmer Renault 3 3 7
Daniil Kvyat Toro Rosso 4 2 7
Karlos Sayns Toro Rosso 3 3 7
Fernando Alonso McLaren 3 3 7
Censon Batton McLaren 3 3 7
Markus Eriksson Sauber 2 3 8
Felipe Nasr Sauber 2 3 8
Paskal Verlyayn Manor 3 4 6
Esteban Okon Manor 3 4 6
Roman Qrojan Haas 3 3 7
Esteban Qutyerres Haas 2 4 7
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*