Pirelli şirkəti növbəti testlərə hazırlaşır – testlər 9-10 yanvar Bəhreyndə və 15-18 yanvar Abu Dabidə keçiriləcək, sonuncu tetslər zamanı xüsusi suyağdıran texnikadan istifadə olunacaq – istehsalçılar mövsümün gedişində gözlənilən bütün hava şəraitini simulyasiya etmək istəyirlər…
Pol Hembri, Pirelli-nin idman proqramlarının başçısı: “Abu Dabidə biz yaş trasda işləyəcəyik, özü də gecə, çünki gündüzlər orda asfalt tez quruyur. Bununla biz isti və rütubətli yarışı da simulyasiya edəcəyik – Sinqapur və Malayziyada məhz bu cür hava bizi gözləyə bilər.”
2010-cu ildə olduğu kimi, Pirelli mühəndisləri testlərdə keçən ilin reqlamentinə uyğunlaşdırılmış Toyota şassisindən istifadə edəcəklər.