F-1.az xəbər verir ki, testlərdə Red Bull-u Daniel Rikkardo və Daniil Kvyat, McLaren-i Stoffel Vandorn təmsil edəcək. Ferrari-nin hansı pilotla iştirak edəcəyi hələ ki, məlum deyil.
Pirelli şirkəti Fransanın Pol Rikar trasında keçiriləcək iki günlük testlərdən mümkün qədər çox məlumat əldə etmək istəyir.
Pol Hembri: “Testlərə cəmi üç komanda qoşulacaq. Komandaların ən yaxşı pilotlarla iştirak etmələrini istəyirik. Çünki, onlar ən çətin şəraitlərdə də bolidi sürətlə idarə edə bilirlər. Bu da bizə daha dəqiq məlumatlar almaqda kömək edə bilər”.