Pirelli yağış təkərlərinin qızdırılmasını dayandırmaq istəyir

F-1.az bildirir ki, qış fasiləsində Pirelli-nin yeni aralıq və yağış təkərləri sınaqdan keçiriləcək. Müvəffəqiyyət əldə edilsə, 2023-cü ildə bu təkərlər əvvəlcədən qızdırılmadan istifadə edilə bilər.

Mario İzola: “Bu ilin dekabrından gələn ilin fevral ayına qədər keçid təkərlərini test edəcəyik. Biz bilirik ki, nəm trasda təkərlərin performansını artırmalıyıq. Məqsədimiz komandaları daha tez isinən və daha yaxşı nəticələr bəxş edən təkərlərlə təmin etməkdir. Sınaqlar uğurlu olsa, komandalar gələn il tam yeni keçid təkərlərini əldə edəcəklər.

Biz eyni zamanda, bu təkərləri termal örtüklər olmadan istifadə etməyin mümkünlüyünü yoxlayacağıq. Gələn il yağış təkərlərində termal örtükləri görməyə bilərik ki, bu da gələcəkdə belə örtüklərin qadağasına doğru bir addım olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*