F-1.az bildirir ki, bu komandalar Mercedes, Renault və McLaren olacaq. Qeyd edək ki, italiyalı təkər istehsalçısı bütün komandalara testlərdə iştirak etmək üçün fürsət yaradıb. Amma sadəcə üç komanda asılqan sistemi dəyişdirilmiş 2018-ci il bolidi ilə bu testlərə qatılmağa qərar verib.
Red Bull bu il Honda mühərriklərinə keçdiyi üçün tesrlərə qatılmağa bolidi yoxdur. Ferrari komandası isə vaxt azlığına görə testlərdən imtina edib.
Pirelli hər komanda üçün ikigünlük test müddəti verəcək.