Pirelli testlərə 3200-dən çox təkər gətirəcək

Pirelli verdiyi açıqlamada bildirib ki, Barselonadakı 8 günlük testlərə 3200-dən çox təkər gətirəcəklər.

F-1.az xatırladır ki, Pirelli keçən ilin avqust ayından noyabr ayınadək Mercedes, Red Bull və Ferrari komandalarının 2015-ci il bolidləri ilə yeni təkərləri test etmiş və bu testlərdən aldığı məlumatları digər komandalarla da bölüşmüşdü.

Qeyd edək ki, yeni qaydalardan sonra təkərlərin ölçüləri də dəyişib. Ön təkərlər 245 mm-dən 305 mm-ə, arxa təkərlər isə 325 mm-dən 405 mm-ə qədər enlənib.

Bununla da, bolidlərin asfaltayatma qüvvəsinin artması və döngələrdə daha sürətli olması gözlənilir. Eyni zamanda, dövrə nəticələrinin də 5 saniyə yaxşılaşması güman edilir.

Pirelli Barselonada yağış təkərlərini də test edəcək. Xatırladaq ki, italyanlar keçən il yağış təkərlərinə görə tənqid hədəfinə çevrilmişdilər. Buna görə də builki 8 günlük mövsümöncəsi testlər üçün Pirelli 810 dəst təkər gətirəcək. Bölgü belə olacaq – Hard: 23 dəst, Medium: 263 dəst, Soft: 287 dəst, SuperSoft: 74 dəst, UltraSoft: 51 dəst,  keçid təkərləri: 67 dəst, yağış təkərləri: 45 dəst.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*