F-1.az xatırladır ki, komandalar testlərin ilk həftəsində pis hava şəraitinə görə az dövrə vursalar da, havaların düzəlməsi ilə testlərin ikinci həftəsində maksimum gücdə işləyə bilmişdilər. Qeyd edək ki, italiyalı təkər istehsalçısı yeni mövsümdə komandalar daha iki yeni təkər tərkibini – SuperHard və HyperSoft tərkiblərini təqdim edəcək. Lakin sərt tərkiblər Barselonadakı testlərdə işlədilməyib.
Yeni HyperSoft təkətlərin UltraSoft təkərlərdən sürətli olduğu açıq aşkar görünür. Tərkiblər arasındakı fərqlər belədir:
Soft – Medium: 0.8 saniyə
SuperSoft – Soft: 0.4 saniyə
UltraSoft – SuperSoft: 0.6 saniyə
HyperSoft – UltraSoft: 0.7-0.8 saniyə