Pirelli tenderdə iştirak etmək istəyir

Biz məlumat vermişdik ki, bazar ertəsi FIA 2025-2027 mövsümləri üçün Formula1, Formula2 və Formula3-də təkərlərin tədarükü üçün tender elan edib.

F-1.az xəbər verir ki, hazırki təkər tədarükçüsü Pirelli tenderdə maraqlı olduğunu təsdiqləyib.

Pirellinin açıqlamasında deyilir: “FIA Formula1, Formula2 və Formula3-ü 2025-2027-ci illər üçün üç il müddətində təkərlərin tədarükü üzrə növbəti tenderdə iştirak etmək üçün dəvət göndərib. Sənəddə ekoloji dayanıqlığa xüsusi diqqət yetirilməklə, yarış texnologiyalarının yol təkərləri modellərinə transferini nəzərdə tutan, ümumiyyətlə, mövcud təkərlərə uyğun olan texniki spesifikasiyalar müəyyən edilir.

FİA tərəfindən təsvir edilən konsepsiya Pirelli-nin motoridman strategiyası ilə sıx bağlıdır və buna görə də böyük maraq doğurur. İtaliya şirkəti on ildən artıqdır ki, idmanın qlobal təkər tərəfdaşıdır – əməkdaşlığımız 2011-ci ildə başlayıb. Pirelli-nin təsnifat prosesində iştirakı ilə bağlı yekun qərar FIA sənədinin ətraflı öyrənilməsindən sonra veriləcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*