Son aylar Pirelli şirkətinin test sürücüsü işləmiş Pedro de la Rosa hesab edir ki, yeni təkərlərə hamıdan tez və yaxşı Lyuis Həmilton, Fernando Alonso və Sebastyan Fettel adaptasiya olacaqlar…
Pedro de la Rosa: “istənilən dəyişiklik həmişə ən yaxşı sürücülərə sərf edir, məncə, Lyuis Həmilton, Fernando Alonso və Sebastyan Fettel ən yaxşılardır. Ümumın dəyişikliklər ciddi olmayacaq, amma biz bir neçə dəfə görmüşük ki, sürücülərin yeniliklərə adaptasiyası müxtəlif vaxt tələb edir.
Bundan başqa yeni təkərlər şassi ilə daha çox qarşılıqlı təsirdə olur, xüsusən də, asılqanları və aerodinamik çəkipaylanmasını hazırlayan mühəndis və konstruktorlar onun xüsisiyyətlərini nəzərə aldıqda yaxşı nəticələr əldə etmək olur. Adətən, top-komandaların mütəxəssisləri buna daha tez nail olurlar.”