Pirelli təkərləri dəyişməyəcək

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, keçənilki təkərlərə keçmək komandalara heç cür kömək etməyəcək.

F-1.az xatırladır ki, Pirelli bi mövsüm nazik qatlı təkərlər istehsal edib və bu, ən çox Mercedes komandasının işinə yarayıb. Digər komandalar isə bu təkərləri işlətməkdə çətinlik çəkirlər və keçənilki təkərlərin qayıtmasını istəyirlər.

Mario İzola: “Təkərlər yenidir, amma bolidlər yenidir. Yeni aero paket keçənilkinə nisbətən fərqli işləyir. Keçənilki təkərlərin builki bolidlərdə işləyəcəyinə inanmıram. Bütün komandalar təkərləri daha tez anlamağa çalışırlar. Bəziləri bunu bacarır, bəzilərinə isə bunun üçün vaxt lazım olur. Mövsüm davam edə-edə təkərləri dəyişə bilmərik. Amma onlar bolidi dəyişə bilərlər. Onların gətirdikləri yeniliklərə nəzarət edə bilmərik. İstədiklərini edə bilərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*