F-1.az xatırladır ki, dünənki yarışda həftəsonuna gətirilən hər üç tərkiblərdən istifadə edilib – üstəlik Pirelli həm dolu, həm boş çənlərlə bütün tərkiblərin işini dəyərləndirə bilib.
Mario İzola: “Çox gərgin nəticələrlə zəngin maraqlı bir yarış gördük – dörd fərqli komandanın dörd sürücüsü 20 saniyədən az fərqlə finişə çatdı. Şənbə günü iki pit-stoplu strategiyanın ən yaxşısı olacağına dair proqnoz özünü doğrultdu – podiuma yüksələn üç sürücü məhz bunu etdi.
Bununla belə, Ferrari sürücülərinin nümayiş etdirdiyi kimi, tək pit-stoplu strategiya əlverişli alternativ olduğunu sübut etdi – Lekler və Sayns Medium təkərləri ilə məsafənin yarısından çoxunu öz səmərəliliyində əhəmiyyətli itkiyə məruz qoymadan sürdülər, bu da onların avtomobillərin parametrlərində irəliləyişdən xəbər verir.
Yarış günü cümə günündən daha sərin keçdi və təkərlərin həddindən artıq qızması riski azaldı. Təkərlərin idarə olunmasında mühüm rol oynayan digər amil şənbə günü yağışdan sonra əvvəlcə çox palçıqlı olsa da, trasın çox tez işlənmiş rezinlə örtülməsi idi.
Qalib komandaya olan kuboki bu komandanın və idmanımızın tarixinə böyük töhfə vermiş və hələ də verməyə davam edən Adrian Nyuiyə təqdim etmək şəxsən mənim üçün və yarışın baş sponsoru Pirelli adından böyük şərəf idi. Bu, Red Bull-un 100-cü qələbəsini qeyd etdiyi günə düşdü”.