Pirelli təkərlərdən razı qalıb

F-1.az bildirir ki, çempionatın yeganə təchizatçısı Avstriyaya gətirilən ən yumşaq 3 tərkibin performansından məmnundur.

Mario İzola: “Hər üç tərkib sprint yarışının da olduğu həftəsonu boyunca fərqli sazlanmalar və parametrlərə malik müxtəlif maşınlarda səmərəliliyini sübut etdi. Bu Silverstoundakı yarışdan cəmi bir həftə sonra və olduqca fərqli xüsusiyyətlərə malik trasda baş verdi. Medium təkərlər əla idi, Hard təkərlərdə isə aşınma gözlənildiyindən çox oldu. Yəqin ki, bu, sprint yarışı olan həftəsonu formatında sürücülərin uzun dövrələr vuraraq onları yoxlamaq imkanlarının məhdud olmasından irəli gəlir.

Əksər hallarda deqradasiya sıx mübarizələrlə bağlı olur – belə məqamlarda sürücülər və maşınlar təkərlərə çox təzyiq edirlər. Trasdakı və Milandakı bazamızdakı yüksək rəydən məmnunam, amma dincəlməyə vaxtımız yoxdur. Biz çərşənbə axşamı və çərşənbə günlərində 4 komandanın iştirakı ilə gələn ilin təkərlərini son dəfə yoxlamaq üçün Red Bull Rinqdə qalacağıq.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*