F-1.az xəbər verir ki, Pirelli bu il təkərlərin üst qatının altına sərt kompozit əlavə edib. Bunun səbəbi isə aşınmanı artırmaqdır.
Beləliklə, sürücülər daha çox pit-stop edəcəklər. Hətta bəzi yarışlarda pitlərin sayını əvvəldən proqnozlaşdırmaq mümkün olmayacaq.
Amma mütəxəssislər Pirelli-nin belə etməklə anidən tempi aşağı salmaq istədiyini deyirlər. Amma italyan şirkətin F1 üzrə idarəçisi Mario İzola eyni fikirdə deyil: “Yol tutumu azalacaq, amma bu birdən olmayacaq, yavaş-yavaş olacaq. Bu yol tutumunun birdən-birə itməsindən daha yaxşıdır.
Hələ önümüzdə bir neçə gün var və biz bu vəziyyəti təhlil edib, araşdıracayıq. Ancaq hazırda hər şey istədiyimiz kimi gedir.
Pilotların təkərlər aşınandan sonra nə qədər vaxt itirəcəyini də burada araşdıracayıq. Pilotlar test zamanı fərqli yanacaq yükü ilə və fərqli sazlamalarla trasa çıxırlar. Ona görə də daha dəqiq söz demək üçün vəziyyəti təhlil etməliyik.
Ancaq atılan dövrələrə baxdığımızda, elə də böyük azalma görə bilməzsiniz. Azalma qrafiki yavaş-yavaş əyilir”.
Pirelli şirkəti Barselonada yeni UltraSoft (ultra yumşaq) təkərlər barədə də çox dəyərli məlumatlar toplayıb. Bu təkər dəstləri Barselona trasına uyğun olmasa da, İzola ilk testlərdən razı qalıb: “Komandalar burada işləyir. Geri bildirimlər müsbət yöndədir. Bu tras ultra yumşaq təkərləri test etmək üçün uyğun deyil, amma ən azından təkər barədə məlumatımız var.
Ferrari-nin nəticələrinə baxsaq, ultra yumşaq təkərkər super yumşaq təkərlərdən 0.8 saniyə sürətlidir. Amma biz Abu Dabidə arada 0.5-0.8 saniyə fərqin olduğunu görmüşdük.
Bu il 3 müxtəlif təkər arasında 0.5-1 saniyə fərq olsa, bu bizin üçün yaxşıdır. Bizim hədəfimiz budur”.