F-1.az xəbər verir ki, yarış quru trasda keçirilərsə, Pirelli optimal bir pit-stop strategiyasını nəzərdən keçirir – Medium-la başyaraq təxminən 20-25 dövrə vurduqdan sonra Hard-a keçmək və ya Soft-la təxminən 15-20 dövrə vurduqdan sonra eyni addımı atmaq. Bu variantların əksi də mümkündür.
Mario İzola: “Bu gün Monakoda biz ilk dəqiqədən son dəqiqəyə qədər mübarizə ilə Formula1-in yaxın tarixinin ən möhtəşəm və gözlənilməz sıralanma turlarından birinin şahidi olduq. Artıq dünən aydın idi ki, fərqlər minimal olacaq, bu da təsdiqləndi – təsnifatın birinci hissəsində 15 ən yaxşı nəticə 0,652 saniyə içində idi, ikinci sessiyada lider ilə 10-cu yer arasındakı fərq 0,469 saniyə, final bölümüdə isə 0,469 saniyə idi. 0,188 saniyədə də ilk dördlük yerləşdi.
Biz Soft təkərlərinin universallığını təsdiqlədik, bu da bizə müəyyən fasilə ilə bir neçə sürətli dövrə sürməyə imkan verdi. Gün ərzində trasın vəziyyəti dəyişdi ki, bu da daha çox intriqa əlavə etdi. Adətən təsnifat mərhələsi bu həftə sonunun ən maraqlı hissəsidir, lakin biz sabah nə olacağını səbirsizliklə gözləyirik”.