Pirelli tək pit-stop gözləyir

Pirelli bu gün Medium və Hard kombinasiyalı bir pit-stop gözləyir - fərq nisbətən kiçik olsa da, bu cütlük digər iki variantdan bir qədər sürətlidir.

F-1.az xəbər verir ki, bu strategiyanı həyata keçirmək üçün 18 və 25-ci, Soft – Hard variantı üçün 13 və 20-ci, Medium – Soft üçün isə 27 və 34-cü dövrələr arası pit-stop pəncərəsi hesab edilir.

Digər bir variant isə iki dəfə təkər dəyişməyi təklif edir: Yarışa Soft-la başlamaq, 10-15-ci dövrələr arası Mediuma keçmək və 32-38-ci dövrələrdə yenidən Soft-a qayıtmaq.

Mario İzola: “Şənbə günü çoxlu yaddaqalan anlarla maraqlı sıralanma turu gördük. C4 təkərləri həm sürətli dövrədə, həm də ardıcıl dövrələrdə yaxşı idi.

Artıq təsnifat mərhələsinin birinci hissəsində məlum oldu ki, sürətli dövrələr arasında təkərləri soyutmaq üçün yaxşı tutuşun olması vacibdir. Keçən il bu yanaşma bir çox trasda tətbiq olundu və indi də işə yaradı.

Həftəsonu toplanmış məlumatlara əsasən, ən sürətli strategiya aralarında fərqin az olduğu tərkiblərdən ikisini seçərək bir pit-stop etməkdir”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*