Pirelli tək pit-stop gözləyir

Pirelli Motorsport-un rəhbəri Mario İzola yarışda bir pit-stopun olacağını gözləyir.

F-1.az xatırladır ki, sürücülər dünən yağışlı havada dövrə vurduqları üçün təkər seçimində azad olacaqlar.

Mario İzola: “Yağışlı və quru şərait bir yarışda olanda müxtəlif strategiyalar görürük. Keçən həftə Hokkenhaymda bunu gördük. Sıralanma turu yağışda olduğu üçün hamının istifadə edilməmiş quru təkərləri olacaq. Yarışın quru havada keçməsini və UltraSoft təkərlərin yeyilməsinə görə tək pit-stoplu strategiya olacağını düşünürük. Komandalar startda istədikləri təkərləri seçəcəklər. Buna görə də fərqli strategiyalar görmək ehtimalımız çoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*