Pirelli sürücülərin şikayətlərinə daha tez reaksiya verəcək

Sürücülər təkərlərdən heç də həmişə razı qalmırlar, xüsusilə də yağışlı havalarda şikayət edirlər. Pirelli Motorsport-un başçısı Pol Hembri gələn il şikayətlərə daha tez reaksiya verə biləcəklərini deyib.

F-1.az xatırladır ki, Braziliya Qran Prisindən sonra bir neçə sürücü yağış təkərlərindən şikayət etmişdi. Hətta sürüşərək trasdan çıxan Roman Qrojan təkərlərin bərbad olduğunu bildirmişdi. Gələn mövsüm üçün hazırlanan və daha enli olan təkərlər təqdim edilərkən Kimi Rəykkönen, Markus Eriksson və Roman Qrojan yağış təkərlərinin çox vacib olduğunu bildirmişdilər. Pol Hembri Formula1-ə qayıtdıqdan sonra ilk dəfə mövsümiçi testlər etməyə imkan tapmalarının problemlərin həllində köməkçi olacağını bildirib.

Pol Hembri: “Gələn ilin yağış təkərlərini süni sulanan müxtəlif traslarda test etdik, lakin uyğun olmayan maşınlardan istifadə edildi. Demək olar ki, mart ayına qədər yeni maşınlardan istifadə edilməyəcək, deməli, biz bu formada işləməyə davam edəcəyik. Keçən illə müqayisədə, mövsüm ərzində test etmək kimi bir imkanımız var və bu böyük şansdır. İlk gündən hər şeyin mükəmməl olacağını deyə bilmərik – yeni sürprizlərlə qarşılaşacağımıza əminəm. Amma ən azından il boyu işləmiş olacayıq və problemlər daha tez həll ediləcək.

Maks Braziliyada möhtəşəm çıxış etdi. Son 6 ildə ən yaxşı yarışa şahidlik etdiyimizi düşünürəm. Tamaşaçılar üçün də maraqlı idi. Gələn mövsüm daha enli təkərlərlə sürüşmələrin qarşısını almaq bizim üçün çətin olacaq, lakin bunu simulyatorlarla testlər edərək mümkün qədər aradan qaldırmaq olar. Sürücülərin şikayətlərinə də daha tez reaksiya verə biləcəyik.”.

 

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*